Türkiyədə sərnişin avtobusunda faciə: 8 nəfər həyatını itirib
Türkiyənin Denizli vilayətində sərnişin avtobusunda baş verən güclü yanğın faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı biri azyaşlı olmaqla azı 8 nəfər ölüb.
Denizli'nin Sarayköy ilçesinde yolcu otobüsünün bariyerlere çarparak yanması sonucu 1'i bebek 8 kişi hayatını kaybetti, 33 kişi yaralandı https://t.co/QSlnfwv328 pic.twitter.com/8rjPgMWfIw
— Anadolu Ajansı (@anadoluajansi) May 31, 2026
Avtobusda başlayan alov qısa müddətdə bütün nəqliyyat vasitəsini əhatə edib. Hadisə yerinə yanğınsöndürmə briqadaları, polis əməkdaşları və təcili tibbi yardım qrupları göndərilib.
Yanğın nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda onların vəziyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.
Denizli'nin Sarayköy ilçesinde yolcu otobüsünün bariyerlere çarparak yanması sonucu 1'i bebek 8 kişi hayatını kaybetti, 33 kişi yaralandı. pic.twitter.com/beVPjCxgo9
— Takvim (@takvim) May 31, 2026
Səlahiyyətli qurumlar hadisənin başvermə səbəblərini araşdırır. Həmçinin ölən və yaralananların kimliklərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
PSJ-nin qələbəsindən sonra iğtişaşlarda 416 nəfər saxlanılıb
Fransanın paytaxtı Paris və digər şəhərlərində UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsini qeyd edən azarkeşlərlə polis arasında qarşıdurmalar baş ve...