Türkiyədə rus turistləri daşıyan avtobusun AŞMA ANI

Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
"Xəsarət alan rusiyalılar hazırda xəstəxanalardadırlar, ikisi əməliyyata hazırlanır. Qəzada iştirak edən avtobusda Rusiyadan olan 25 turist olub - 22 böyük və üç uşaq", - məlumatda deyilir.
Görüntülərdən aydın olur ki, avtobus yoldan çıxaraq, xəndəyə düşüb və aşıb.
Mənbənin məlumatına görə, sürücü idarəetməni itirərək Mustafa bəy bulvarının Gündoğdu adlanan ərazisində qəza törədib.
Hazırda avtobus qəzasında yaralanan 17 rusiyalı Türkiyənin Antalya şəhərində xəstəxanalara yerləşdirilib.
Oxşar xəbərlər
TikTok ulduzu 102 yaşında vəfat etdi
II Dünya müharibəsi veteranı və "TikTok" sosial şəbəkəsində "Papa Jake" ləqəbi ilə məşhur olan Ceyk Larson 102 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, bu b...