Türkiyədə qalmaqala səbəb olan "Kızıl Qoncalar"ın FİNAL TARİXİ AÇIQLANDI
Yayımlandığı gündən qalmaqala və qadağalara məruz qalan "Kızıl Qoncalar" serialının final tarixi açıqlanıb.
BAKU.WS xəbər verir ki, ekran işi iyunda tamaşaşılarla vidalaşacaq. Bu barədə serialın prodüseri Faruk Turgut bildirib.
Onun sözlərinə görə layihə 50-ci bölümdə finala çıxacaq.
""Kızıl Qoncalar"ın iyunda 50-ci bölümü çəkiləcək. Bu formatdakı serial üçün məncə yetərlidir. Yəni bu mövsümün sonuna çəkilişləri yekunlaşdırmağı düşünürük" -deyə Faruk Turgut qeyd edib.
Xatırladaq ki, serialın baş rollarında müğənni Özcan Deniz və aktrisa Özgü Namal çəkilirlər. Ekran işində "Fani" adlı təriqətdən bəhs edilir.
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub
Hörmüz boğazından keçən gəminin gəmi əleyhinə qanadlı raketlə vurulduğu iddia edilir. Hadisə ilə bağlı ilkin məlumatlar açıqlansa da, insident hələlik rəsmi şək...