Türkiyədə müəllim 8 şagirdi istismar etdiyinə görə 65 il həbs cəzası aldı
Türkiyənin Kastamonu bölgəsinin İnebolu rayonunda ibtidai məktəbdə çalışan sinif müəllimi A.Ç. 8 şagirdi seksual istismara məruz qoymaqda ittiham olunub. Məhkəmənin hökmünə əsasən, o, 65 il həbs cəzası alıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, İnebolu Ağır Cinayətlər Məhkəməsində müəllim barəsində "cinsi istismar" maddəsi ilə cinayət işi başladılıb. Prokuror bildirib ki, A.Ç. müxtəlif vaxtlarda 8 uşağa qarşı istismar hərəkətləri törədib və bəzilərinə intim görüntülər göstərib.
İttihamlar uşaqların ifadələri, valideyn və müəllimlərin şahidliyi, məktəb kameralarının görüntüləri və müəllimdən götürülən rəqəmsal materiallarla təsdiqlənib.
Zərərçəkmiş ailələr məhkəmədə müəllimin ağır şəkildə cəzalandırılmasını tələb ediblər. A.Ç. isə ittihamları rədd edib və özünü müdafiə etməyə çalışıb.
Məhkəmə günahın sübuta yetirildiyini bildirərək, müəllimə cəza endirimi tətbiq etmədən 65 il həbs hökmü çıxarıb.
Oxşar xəbərlər
Putinlə "Birbaşa xətt" 5 saata yaxın davam edib
Rusiya Prezidenti Vladimir Putinin "birbaşa xətt"i və mətbuat konfransı - "İlin yekunları" proqramı 4 saat 27 dəqiqə davam edib. BAKU.WS "Report"a istinadən xəb...