Türkiyədə meşə yanğınlarına qarşı 140 min könüllü səfərbər olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə meşələrin mühafizəsi və yanğınlarla mübarizə tədbirləri gücləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə meşə yanğınlarına qarşı mübarizədə 161 hava vasitəsi, 10 min 797 quru texnikası, 28 min nəfərlik peşəkar heyət və 140 min könüllü iştirak edir.
Məlumata görə, yanğınlar orta hesabla 2 dəqiqə ərzində müəyyən edilir, ilk müdaxilə isə təxminən 11 dəqiqə ərzində həyata keçirilir. Məqsəd alovun qısa müddətdə nəzarət altına alınaraq daha geniş ərazilərə yayılmasının qarşısını almaqdır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...