Türkiyədə koksaki həyəcanı - 15 rusiyalı turist yoluxdu
İyunun 1-də Türkiyənin cənubundakı "Türk Sunlight Resort"da koksaki virusunun yayılması qeydə alınıb.
BAKU.WS xəbər verir ki, uşaqlar da daxil olmaqla, Moskvadan gələn ən azı 15 turist xəstələnib.
Bildirilib ki, bütün xəstələrdə tipik simptomlar - səpgi, qusma və ishal olub. Turistlərdən birinin dediyinə görə, virus xüsusilə uşaqlar arasında yayılıb, lakin otel qonaqlara vəziyyətlə bağlı məlumat verməyib.
Türkiyədə xəstə turistlərlə bağlı xəbərlərin yayılması fonunda epidemioloq Gennadi Onişenko rusları mövsümün pik vaxtında Türkiyə kurortlarına səyahət etməkdən çəkinməyə çağırıb.
Lakin Rusiya Turoperatorları Assosiasiyası (ATOR) belə bir reaksiyanı həddən artıq həyəcanverici hesab edir. ATOR-un rəsmisi qeyd edib ki, Koksaki qızdırması yerli və vaxtaşırı baş verən xəstəlikdir və tez-tez həm Türkiyədə, həm də Rusiyada qeydə alınır.
Oxşar xəbərlər
Tramp: Venesuela nefti ABŞ üçün 500 il kifayət edə bilər
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə əldə olunan enerji razılaşmasının ölkəsinə böyük həcmdə neft ehtiyatlarına çıxış yaratdığını bildirib. BAKU.WS xəbər v...