Türkiyədə ilin əvvəlindən 134 terror təşkilatı üzvü təslim olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 2026-cı ilin əvvəlindən etibarən aparılan razı salma tədbirləri nəticəsində 134 terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Jandarma Baş Komandanlığının Kəşfiyyat İdarəsi, Polis Baş İdarəsinin Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə İdarəsinin koordinasiyalı fəaliyyəti nəticəsində təslim olan şəxslər arasında "boz" kateqoriyadan 2, "sarı" kateqoriyadan isə 1 terror təşkilatı üzvü yer alıb.
Məlumata görə, təslim olanlardan 115 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 14 nəfər haqqında məhkəmə nəzarəti qərarı verilib. Daha 5 nəfərlə bağlı hüquqi prosedurlar davam edir.
Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, terrorla mübarizə yalnız təhlükəsizlik əməliyyatları ilə deyil, həm də razı salma tədbirləri və peşmançılıq mexanizmləri vasitəsilə çoxşaxəli şəkildə davam etdirilir.
Nazirlik vurğulayıb ki, ölkədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində mübarizə bundan sonra da eyni qətiyyətlə davam etdiriləcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...