Türkiyədə dönərdən zəhərlənənlərin sayı 648 nəfərə çatdı

Türkiyədə dönərdən zəhərlənənlərin sayı 648 nəfərə çatdı
Dünya 1230

Türkiyədə Kocaeli vilayətində toyuq dönərindən zəhərlənən 648 nəfər həkimə müraciət edib.

BAKU.WS xəbər verir ki, regional hakimiyyət orqanları bu barədə cümə günü, aprelin 4-də məlumat yayıb.

"Vilayətdə ümumilikdə 648 nəfər zəhərlənmə şikayəti ilə xəstəxanalara müraciət edib. Onlardan 646-sı evə buraxılıb, ikisinin müalicəsi davam edir, həyat üçün təhlükə yoxdur", - deyə məlumatda qeyd olunub.

Hüquq-mühafizə orqanları iki nəfəri saxlayıb. Dənər satan müəssisəni də bağladılar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər