Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunun bələdiyyə sədri Sinem Dedetaş barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS xəbər verir ki, o, tikinti və istismar icazələrinin verilməsi zamanı yol verildiyi iddia olunan qanunsuzluqlarla bağlı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
İstintaq materiallarında rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları yer alır.
Məhkəmənin qərarı ilə Sinem Dedetaş istintaq müddəti üçün həbs edilib. Eyni cinayət işi üzrə daha dörd nəfər barəsində də analoji həbs qətimkan tədbiri seçildiyi bildirilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...