Türkiyədə böyük əməliyyat - Vəzifəli şəxslər həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar, Büyükçekmece bələdiyyə sədrinin müavini Əhməd Şahin və sürücüsü Sonkan Turan həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Məlumata görə, həbs olunanlar "cinayət törətmək məqsədi ilə qurulan təşkilata üzv olma" və "rüşvət alma" ittihamı ilə tutulublar.
Qeyd edək ki, həmin şəxslər Karalar İstanbul Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı təhqiqat çərçivəsində saxlanılmışdı.
Eyni iş üzrə saxlanılmış Adıyaman bələdiyyə sədri Abdurrahman Tutdere isə ev dustaqlığına buraxılıb.
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...