Türkiyədə 233 min sayt bağlandı - SƏBƏB
Türkiyə Xəzinə və Maliyyə Nazirliyinə bağlı Milli Lotereya Administrasiyasının Baş İdarəsi qanunsuz mərc və virtual qumar oyunlarına qarşı mübarizə çərçivəsində 2023-cü ildə 168 min 30, 2024-cü ildə isə 233 min internet saytının bloklanması üçün addımlar atıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, nazirlik qeyri-qanuni mərc oyunları, virtual qumar və icazəsiz tirajlarla mübarizəsini davam etdirir.
Bu çərçivədə aşkarlanan saytların fəaliyyətinə son qoyulması məqsədilə İnformasiya Texnologiyaları və Rabitə Qurumuna bildirişlər göndərilib.
Nazirliyin məlumatına görə, qanunsuz mərc oyunlarına qarşı mübarizə tədbirləri fasiləsiz həyata keçirilir və bu istiqamətdə görülən işlər daha da gücləndirilir.
Oxşar xəbərlər
İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir
İtaliya höküməti addımı ilə təəccübə səbəb olub. "Giuseppe Garibaldi" adlı təyyarə daşıyan gəmini heç bir ödəniş tələb etmədən İndoneziyaya verib. BAKU.WS xəbə...