Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı - 56 hərbçi saxlanılıb
Türkiyədə FETÖ-yə qarşı apardığı istintaq çərçivəsində Hava, Quru və Dəniz Qüvvələri Komandanlığı və Jandarma Baş Komandanlığında fəal iştirak edən 63 şübhəli müəyyən edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatı İstanbul Respublika Baş Prokurorluğu həyata keçirib.
Müvafiq olaraq, Hərbi Hava Qüvvələri Komandanlığından 8 nəfər, Jandarma Baş Komandanlığından 13 nəfər, Quru Qoşunları Komandanlığından 36 nəfər və Dəniz Qüvvələri Komandanlığından isə 6 nəfər saxlanılıb. Saxlanılanlardan 4-ü polkovnik, 8-i polkovnik-leytenant, 12-si mayor, 15-i kapitan, 24-ü kiçik zabit və mütəxəssis çavuşdur. 7 nəfərin axtarışları davam etdirilir.
Qeyd olunub ki, İstanbul Respublika Prokurorluğunun FETÖ/PDY silahlı terror təşkilatının fəaliyyətinin ifşası istiqamətində apardığı araşdırmalar çərçivəsində 6-sı fəal, 2-si təhsil dövründə vəzifəsindən uzaqlaşdırılan, 1-i isə xaric edilmiş 9 şübhəli polis əməkdaşı tutularaq saxlanılıb.
Oxşar xəbərlər
Qara dənizin Türkiyə sahillərində üç tanker dron hücumuna məruz qalıb
Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerə dron hücumu olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" "Tribeca"ya is...