Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək
09
iyl
2026
21:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da İstanbulda Livanın Baş naziri Nəvaf Salamı qəbul edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Səfər zamanı Türkiyə ilə Livan arasındakı ikitərəfli münasibətlər müzakirə ediləcək, Livanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin yenidən ifadə olunması nəzərdə tutulur", - paylaşımda bildirilir.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...