Türkiyə BMT TŞ-nin Şimali Kiprlə bağlı qərarına etiraz edib
Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, qərar qəbul edilərkən bu dəfə də Şimali Kiprin razılığı alınmayıb: "Digər tərəfdən, BMT TŞ-nin istifadə müddəti bitmiş və gündəmdən düşmüş həll modellərinə istinad məsələsində israr etməsi bizi təəssüfləndirir".
Bildirilib ki, rəsmi Ankara Şimali Kiprin atdığı bütün addımları dəstəkləyəcək.
"Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər. Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq", - bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Aleyna Tilki və bəzi məşhurlar SAXLANILDI
Türkiyədə bir neçə tanınmış şəxs saxlanılıb. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, onlar narkotikə qarşı əməliyyat çərçivəsində istintaqa cəlb olunu...