Türkiyə-Almaniya strateji dialoqu 12 ildən sonra bərpa olunur
Türkiyə və Almaniya arasında Strateji Dialoq mexanizmi 12 ildən sonra yenidən fəaliyyətə başlayır.
BAKU.WS xəbər verir ki, Berlin şəhərində keçiriləcək üçüncü Strateji Dialoq konfransında təhlükəsizlik, müdafiə sənayesi, Türkiyə-Avropa İttifaqı münasibətləri və regional məsələlər müzakirə olunacaq.
Məlumata görə, görüş Türkiyənin xarici işlər naziri Hakan Fidan və almaniyalı həmkarı Yohann Vadefulun sədrliyi ilə baş tutacaq. Konfrans çərçivəsində yaradılmış dörd işçi qrupu da hazırladıqları hesabatları tərəflərə təqdim edəcək.
Türkiyə və Almaniya Strateji Dialoq mexanizmini ilk dəfə 2013-cü ildə ikitərəfli əlaqələrə daha institusional və strateji xarakter vermək məqsədilə yaradıb. Sonuncu görüş isə 2014-cü ildə İstanbulda keçirilib. Daha sonra Ankara-Berlin münasibətlərində yaranan gərginlik səbəbindən mexanizmin fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, tərəflər xüsusilə təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə diqqət ayıracaq. Almaniyanın son dövrdə Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa marağının artdığı qeyd olunur.
Ankaranın Berlindən əsas gözləntiləri sırasında Gömrük Birliyinin yenilənməsi, viza rejimi üzrə dialoqun bərpası və Türkiyənin Avropa İttifaqının təhlükəsizlik layihələrinə qoşulması yer alır.
Diplomatik mənbələr bildirirlər ki, görüşdə Avropanın yeni təhlükəsizlik arxitekturasında Türkiyənin rolu da əsas müzakirə mövzularından biri olacaq.
Oxşar xəbərlər
Konqoda Ebola yayılır: yüzlərlə şübhəli yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında yayılan Ebola virusu ciddi narahatlıq yaradıb. Ölkədə indiyədək təxminən 250 şübhəli yoluxma və 80 ölüm halı qeydə alınıb. BAKU...