Türk reper saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Massaka" ləqəbli türkiyəli rep ifaçısı Murat İlhan İtaliyada həbsdə olan Barış Boyunun rəhbərlik etdiyi cinayət təşkilatını tərifləyən video yayımladığı üçün saxlanılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat ölkənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.
Reper Massaka sonrakı prosedurlar üçün İstanbul Polis İdarəsinə aparılıb. Hazırda polis bölməsinə aparılan Murat İlhanla bağlı istintaq davam edir.
Qeyd edək ki, Barış Boyun 1984-cü ildə anadan olub. İstanbulun Beyoğlu şəhərində məhəllə dəstəsi kimi fəaliyyət göstərən təşkilatın cinayət fəaliyyəti sonradan beynəlxalq əlaqələrə də keçib. Təşkilat motosiklet sui-qəsd qrupu tərəfindən törədilən qətllərlə tanınır.
Beynəlxalq qırmızı bülletenlə axtarışa verilən Barış Boyun İtaliyada həbsxanada saxlanılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...