Turistlər üçün dənizdə at sürmək turu təşkil edib, sərt reaksiyalarla üzləşdilər

Turistlər üçün dənizdə at sürmək turu təşkil edib, sərt reaksiyalarla üzləşdilər
Foto
Dünya 183

Türkiyənin Antalya şəhərində dənizdə at turu sosial şəbəkələrdə maraq doğurub.

BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində bir turizm şirkəti turistlər üçün dənizdə at sürmə turu təşkil edib.

Antalya Baytarlar Palatasının prezidenti Murat Karabayoğlu heyvansevərlərin reaksiyasına səbəb olan əməllə bağlı bunları deyib:

"Heyvanı dərin suda üzməyə məcbur edirlər. Bu heyvanlar üzmək və insanları kürəyində daşımaq üçün yaradılmayıb. Bu heyvana işgəncədir".

Videoda tur zamanı dərinlik atın ağız və burun səviyyəsinə çatır. Bir çox sosial media istifadəçisi atın böyük çətinlik çəkdiyini göstərən görüntülərə sərt reaksiya verib.

Turistlər üçün dənizdə at sürmək turu təşkil edib, sərt reaksiyalarla üzləşdilər

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər