Trampın xüsusi nümayəndəsinin təyyarəsi Moskvaya enib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Moskvaya enib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" Amerika bloqerlərinə istinadən məlumat yayıb.
"Flightradar" uçuş izləmə xidmətinin məlumatına görə, "Gulfstream G650ER" biznes-ceti səhər saatlarında "Vnukovo" hava limanına eniş edib. Lakin Uitkoffun təyyarədə olub-olmadığı barədə rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, "New York Post" qəzeti Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının baş tutduğunu bildirmişdi. Lakin bu dialoqun təfərrüatları məlum deyil.
Trampın xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin həlli üçün şərt irəli sürüb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumatı nə təkzib edib, nə də təsdiqləyib. O bildirib ki, Vaşinqton tərəfindən proseslər inkişaf etdikcə müxtəlif kommunikasiya vasitələri yaranır.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...