Trampın İranla bağlı planları açıqlandı

Trampın İranla bağlı planları açıqlandı
Dünya 287

ABŞ prezidenti Donald Tramp gec-tez danışıqlar üçün İranın müvəqqəti rəhbərliyi ilə əlaqə saxlamaq niyyətindədir.

BAKU.WS xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.

"Prezident yeni elan edilmiş hakim şura ilə dərhal danışıqlara başlamaq öhdəliyi götürməyib və yalnız bunu "zamanla" edəcəyini bildirib".

Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. Tehran isə İsrailə və ABŞ qüvvələrinin fəaliyyət göstərdiyi Yaxın Şərqdəki bir neçə hərbi bazaya raket və dron hücumları həyayta keçirib. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xamaneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.

Son xəbərlər