Trampın ilk sərəncamları ABŞ hökumətində "xaosa" səbəb oldu
Trampın ilk sərəncamları ABŞ hökumətində "xaosa" səbəb oldu.
BAKU.WS xəbər verir ki, The Wall Street Journal qəzetinin ABŞ hökumətindəki mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın hökumətin fəaliyyəti ilə bağlı ilk sərəncamları "xaos" yaradıb və bəzi nazirlik və idarələrin işini qismən iflic edib.
Mənbələr qeyd edir ki, yeni prezidentin vəzifəyə başlaması dövründə müəyyən çətinliklərin olması adi haldır, lakin bu dəfə əvvəlki və hazırkı administrasiyaların gündəmlərinin kəskin fərqi vəziyyəti daha da ağırlaşdırıb. Hökumətin yenidən qurulması nəticəsində adi əməliyyatların belə yubanmasına səbəb olub.
Səhiyyə və sosial məsələlərlə məşğul olan xidmətlər bütün xarici kommunikasiyaları dayandırıb və vəzifəli şəxslərin ezamiyyətləri ləğv edilib. Yeni işçilərin işə qəbulu ilə bağlı müvəqqəti qadağa ABŞ Veteranlar Nazirliyi, Milli Parklar Xidməti və digər federal qurumların işini çətinləşdirib. Nəqliyyat Nazirliyi isə yol layihələri üzrə kompüter sisteminin işini müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Qəzet həmçinin qeyd edir ki, vəsaitlərin müxtəlif dövlət qurumları arasında bölüşdürülməsi ilə bağlı qaydalardakı qarışıqlıq bəzi qurumların fəaliyyətini qismən dayandırmasına səbəb olub. Bu qaydalar əvvəlki prezident Co Baydenin dövründə təsdiqlənmişdi.
Oxşar xəbərlər
Husilər Yəməndə BMT-nin bir neçə əməkdaşını saxlayıblar
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husi üsyançıları ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb. "Report" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xi...