Trampın "antisemitizm" fərmanı ilə 2 min tələbəyə qarşı araşdırma başladılıb

Trampın antisemitizm fərmanı ilə 2 min tələbəyə qarşı araşdırma başladılıb
Dünya 8

ABŞ Prezidenti Donald Trampın 30 yanvar 2025-ci ildə imzaladığı "antisemitizmlə mübarizə" fərmanı çərçivəsində ölkədə təxminən 2 min Fələstin tərəfdarı tələbə və aktivistə qarşı hüquqi proses başlanıb.

BAKU.WS xarici KİV-lər-ə istinadən xəbər verir ki, fərmana əsasən, universitet kampuslarında keçirilən Fələstin dəstəkli aksiyalar qadağan olunub və iştirak edənlərin viza və oturum icazələri ləğv edilməyə başlanıb.

Amerika-İslam Əlaqələri Şurasının (CAIR) rəsmisi Robert McCaw bu prosesin Kolumbiya Universitetinin tələbəsi Mahmud Halilin saxlanması ilə başladığını bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası Fələstin tərəfdarı fəaliyyətləri antisemitizm kimi təqdim edərək boğmağa çalışır və xüsusilə xarici tələbələri hədəfə alır. McCaw Tufts Universitetindən türkiyəli tələbə Rümeysa Öztürkün də İsraili tənqid etdiyi üçün səbəbsiz saxlanıldığını qeyd edib.

CAIR və digər hüquq təşkilatları bu tələbələrin hüquqlarını müdafiə etdiklərini bildirərək, ABŞ cəmiyyətində İsrailin siyasətlərinə qarşı etirazların artdığını və bu prosesin qarşısının alınmasının söz azadlığına zidd olduğunu vurğulayıb.

Son xəbərlər