Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkə ordusunun hazırda Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, zərbələr İranın Hörmüz boğazına dəniz minaları yerləşdirmək cəhdi, həmçinin İranın İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atması ilə əlaqədardır.
ABŞ prezidentinin sözlərinə görə, atılan raketlərin hamısı zərərsizləşdirilib.
Tramp xəbərdarlıq edib ki, İran ABŞ-nin "tamamilə əsaslandırılmış" hücumuna cavab verərsə, daha güclü zərbələrlə üzləşəcək.
"Bu, bütün hücumların ən böyüyü olmayacaq. Ən böyük hücum hələ qarşıdadır. O başa çatdıqda İran İslam Respublikasından çox az şey qalacaq", - Tramp bildirib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...