Trampdan İrana sərt mesaj: "Belə etsələr, yox olacaqlar"
ABŞ Prezidenti Donald Tramp İranla davam edən gərginlik fonunda Tehrana sərt xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, Tramp ABŞ-nin "News Nation" telekanalına müsahibəsində bildirib ki, əgər İran ona qarşı sui-qəsd cəhdi edərsə, Vaşinqton çox güclü cavab verəcək. O, belə bir addımın İran üçün "dəhşətli nəticələr" doğuracağını vurğulayıb.
ABŞ lideri qeyd edib ki, mümkün təhdidlərə qarşı artıq müvafiq göstərişlər verib. "İranın məni öldürməsi onlar üçün qorxunc olar. Bunu etsələr, yox olacaqlar", – deyə Tramp bildirib.
Onun bu açıqlamaları İran və ABŞ arasında onsuz da yüksək olan siyasi və hərbi gərginliyin daha da artması ehtimalını gündəmə gətirib.
Rəsmi Tehran tərəfindən isə hələlik məsələyə münasibət açıqlanmayıb.
Oxşar xəbərlər
ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır
ABŞ-nin iri pərakəndə şirkətlərindən Kroger mağaza şəbəkəsini optimallaşdırmaq məqsədilə müxtəlif brendlər altında fəaliyyət göstərən 60 satış nöqtəsini bağlama...