Trampdan gözlənilməz cavab: "Siz deyin, hadisə yeri haradır? Üzməyə getməyimi istəyirsiniz?"
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqton yaxınlığında hərbi helikopterin sərnişin təyyarəsi ilə toqquşması nəticəsində baş verən qəzada hadisə yerini ziyarət edib-etməyəcəyi ilə bağlı suala qeyri-adi cavab verib.
BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
67 nəfərin həlak olduğu qəza ilə bağlı Ofisdə mətbuat konfransı keçirən Tramp, "Siz deyin, hadisə yeri haradır? Suya düşüblər? Üzməyə getməyimi istəyirsiniz? Belə bir fikrim yoxdur" deyib.
Tramp qəzada həlak olanların yaxınları ilə görüşüb-görüşməyəcəyi barədə sualı isə cavablandırmaqdan imtina edib.
ABŞ-də sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması
30 yanvar tarixində Vaşinqton yaxınlığındakı Ronald Reyqan Hava Limanı ərazisində 60 sərnişin və 4 heyət üzvü olan sərnişin təyyarəsi 3 hərbçinin olduğu hərbi helikopterlə havada toqquşaraq Potomak çayına düşüb. Rəsmi açıqlamalara görə, qəzadan sağ çıxan olmayıb.
Donald Tramp, qəzayla bağlı açıqlamasında hava limanının nəzarət qülləsinin helikopteri son anda xəbərdar etdiyini və bunun qəzaya səbəb olan amillərdən biri olduğunu bildirib.
Tramp hava hərəkəti dispetçerlərinin çox gec xəbərdarlıq etdiyini, qəzadan yalnız bir neçə saniyə əvvəl xəbərdarlıq verildiyini iddia edərək, "Buraya ən ağıllı və psixoloji cəhətdən ən yaxşı vəziyyətdə olan insanlar seçilməlidir" deyə əlavə edib.
Oxşar xəbərlər
Səriştəsiz və korrupsioner Baydenin "fəaliyyəti" – adı növbəti qalmaqalda hallanır
Prezident Donald Trampın vaxtilə "ABŞ tarixinin ən korrupsioner və səriştəsiz prezidenti" kimi "ödülləndirdiyi" Cozef Baydenin adı növbəti qalmaqalda hallanır....