Trampdan Folklend adaları ilə bağlı diqqətçəkən açıqlama

Trampdan Folklend adaları ilə bağlı diqqətçəkən açıqlama
Dünya 12

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Folklend adaları üzərində suverenliyi ilə bağlı Vaşinqtonun mövqeyini yenidən nəzərdən keçirə biləcəyini bildirib.

BAKU.WS xəbər verir ki, Tramp kabinetdə jurnalistlərin bu məsələ ilə bağlı sualını cavablandırarkən deyib ki, bütün mövqeləri nəzərdən keçirməyə açıqdır.

"Bütün mövqelərimi hər zaman nəzərdən keçirirəm. Bu da həmin mövqelərdən biridir", - deyə ABŞ lideri bildirib.

Açıqlama ABŞ-nin Böyük Britaniyanı müdafiə xərclərini artırmağa təşviq etmək üçün Folklend adaları ilə bağlı siyasətini dəyişə biləcəyi barədə xəbərlərin fonunda səslənib.

Böyük Britaniyanın maliyyə naziri Con Hili isə ölkəsinin müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq planına sadiq olduğunu açıqlayıb. O, Folklend adalarının Britaniyaya məxsus olduğunu və ada sakinləri bunu istədiyi müddətdə bu statusun qorunacağını vurğulayıb.

Cənubi Atlantikdə yerləşən Folklend adaları Böyük Britaniyanın nəzarətindədir. Argentina isə uzun illərdir adalar üzərində suverenlik iddiasını davam etdirir.

Qeyd edək ki, Folklend məsələsi daha əvvəl də ABŞ-nin Britaniyaya müdafiə xərclərini artırmaqla bağlı təzyiq vasitələrindən biri kimi gündəmə gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər