Trampdan diqqətçəkən paylaşım: Netanyahu ilə İran məsələsini müzakirə edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu yaxın saatlarda ABŞ Prezidenti Donald Trampla İran ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.
BAKU.WS-in məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər yayıb.
Məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərində yerləşən nüvə obyektlərindən birinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir. Hadisənin detalları açıqlanmasa da, bölgədə gərginliyin yenidən yüksəldiyi qeyd olunur.
Donald Tramp isə özünün "Truth Social" hesabında paylaşdığı "fırtına öncəsi sakitlik" ifadəsi ilə diqqət çəkib. Onun paylaşımı ABŞ və İsrailin İranla bağlı mümkün yeni addımlara hazırlaşdığı barədə iddialar fonunda geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi başa çatıb. BAKU.WS xəbər verir ki, saat 17:00-a olan göstəricilərə əsasən, seçicilərin 48,9 faiz...