Trampa qarşı sui-qəsd təhlükəsi: Qeyri-qanuni mühacir saxlanıldı
ABŞ prezidenti Donald Trampa qarşı yeni bir sui-qəsd təhlükəsinin qarşısı alınıb. Trampı məktub vasitəsilə öldürməklə hədələyən qeyri-qanuni mühacir saxlanılıb.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, məlumata görə, sui-qəsdlə hədələyən şəxs ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən həbs edilib. Bu barədə ABŞ Daxili Təhlükəsizlik üzrə dövlət katibi Kristi Noem məlumat verib.
Kristi Noem açıqlamasında bildirib ki, saxlanılan şəxs Donald Trampa məktub vasitəsilə hədə göndərib və bu təhdid 2024-cü ilin iyul ayında Pensilvaniyada Trampa qarşı baş vermiş sui-qəsd cəhdindən bir ildən az vaxt sonra qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Oxşar xəbərlər
Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb
Paris-2024 Olimpiya Oyunlarında çıxışı ilə dünya şöhrəti qazanan türkiyəli atıcı Yusuf Dikeç karyerasında yeni addım atıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər...