Tramp, yoxsa Harris? - ABŞ-də 60-cı prezident seçkiləri keçiriləcək

Tramp, yoxsa Harris? - ABŞ-də 60-cı prezident seçkiləri keçiriləcək
Dünya 149

Bu gün ABŞ-də 60-cı ümumi seçkilər keçiriləcək.

BAKU.WS xəbər verir ki, seçkilərdə amerikalılar prezident və vitse-prezidentlə yanaşı, 33 senator, Nümayəndələr Palatasının 435 üzvü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hökumətlər bəlli olacaq.

Ağ Ev uğrunda sabiq prezident Donald Tramp, Ohayonun senatoru Ceyms Devid Vens, vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Vals mübarizə aparacaqlar.

Qeyd edək ki, seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə gedəcək. Tramp, yoxsa Kamala? Bütün ölkənin diqqəti bu suala yönəlib, yerli mətbuat seçiciləri səs verməyə çağırış edir.

Erkən seçimlərə oktyabr 26-dan start verilib. Seçki məntəqələri Nyu-Yorkda yerli vaxtla səhər saat 5:00-da axşam 20:00-a qədər fəaliyyət göstərir. Ölkə üzrə artıq 78 milyondan çox seçici erkən səsvermədə iştirak edərək səslərini verib.

Oxşar xəbərlər

Son xəbərlər