Tramp və Si arasında ticarət razılaşması qlobal bazarlara təsir edə bilər
ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlarda ticarət gərginliyinin azaldılmasına yönəlmiş yeni razılaşma üzrə irəliləyiş əldə olunduğu bildirilir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, tərəflər milli təhlükəsizlik baxımından həssas sayılmayan məhsul qruplarında ticarətin artırılması üçün yeni mexanizmin yaradılması üzərində razılığa yaxınlaşıb. Təxminən 30 milyard dollar həcmində məhsul üzrə gömrük tariflərinin qarşılıqlı şəkildə azaldılması məsələsi müzakirə olunur.
Danışıqlarda ABŞ-nin Çinlə enerji və kənd təsərrüfatı məhsulları üzrə ixracının artırılması, Çinin isə ABŞ-dən idxal etdiyi neft, mayeləşdirilmiş təbii qaz (LNG) və kömürə tətbiq etdiyi əlavə rüsumların azaldılması da gündəmdə yer alır.
Bundan başqa, ABŞ Ticarət Nümayəndəliyi tərəfindən irəli sürülən "Board of Trade" mexanizminin də razılaşmanın əsas elementlərindən biri ola biləcəyi qeyd olunur. Bu modelin iki ölkə arasında ticarət balansını yaxşılaşdırmaq məqsədi daşıdığı bildirilir.
Ekspertlərin qiymətləndirməsinə görə, mümkün razılaşma qlobal bazarlarda sabitlik yarada, səhmlər və xammal qiymətlərinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, prosesin tam iqtisadi normallaşmadan daha çox nəzarətli ticarət modelinə keçid xarakteri daşıyacağı vurğulanır.
Oxşar xəbərlər
BƏƏ sahillərində gəmi ələ keçirilib və İran istiqamətinə yönləndirilib
BƏƏ sahillərində lövbərdə dayanan gəmi naməlum şəxslər tərəfindən ələ keçirilib və İranın ərazi sularına doğru yönləndirilib. BAKU.WS xəbər verir ki, bu barədə...