Tramp Ukraynaya raket göndərmək bezib
ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı bildirib ki, Kiyev Vaşinqtondan mütəmadi olaraq raketlər almaq üçün müraciət edir.
Bu barədə TASS məlumat yayıb.
"Ukrayna prezidenti (Vladimir Zelenski) daim raket almağa çalışır. Baxın, əgər siz müharibəyə başlayırsınızsa, onu udacağınızı bilməlisiniz, elə deyilmi? Özünüzdən 20 dəfə güclü birinə qarşı müharibə başladıb, sonra başqalarının sizə raket verəcəyinə ümid etməzsiniz", – deyə Tramp fikrini ifadə edib.
Xatırladaq ki, bir gün əvvəl Zelenski CBS telekanalına verdiyi müsahibədə NATO-nun yubiley sammitində razılaşdırılmış olsa da, ABŞ-nin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri vermədiyindən şikayətlənmişdi.
Zelenskinin sözlərinə görə, ABŞ bu sistemlərin verilməsinin mümkün olmadığını bildirir, lakin eyni zamanda həmin sistemləri İsrailə göndərir. O əlavə edib ki, Kiyev ABŞ-dan 10 ədəd "Patriot" sistemini 15 milyard dollara almağa hazırdır.
Oxşar xəbərlər
NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək
NATO-nun növbəti sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Baş katib Mark Ruttenin bu bəyanatını blokun...