Tramp Ukraynada atəşkəsin bu tarixədək əldə olunmasını istəyir
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılaşmanın Milad bayramına qədər əldə olunacağına ümid edir.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın komandası öz emissarları vasitəsilə Ukrayna prezidenti Volodimir Zelenskiyə yaxın günlərdə sülh təklifinə cavab verməsi üçün ciddi şəkildə çağırış edib. Məqsəd – Rusiya ilə atəşkəsin 25 dekabr, yəni Miladadək razılaşdırılmasıdır.
Dekabrın 9-da Donald Tramp "Politico" qəzetinə müsahibəsində bildirib ki, Zelenski artıq onun sülh planının müddəalarını nəzərdən keçirib razılaşmalıdır, çünki Ukrayna "uduzur". O, həmçinin Ukraynada demokratiyanın bərpası və seçkilərin keçirilməsini tövsiyə edib.
Rusiya barədə danışarkən, ABŞ prezidenti qeyd edib ki, Moskvanın danışıqlarda daha güclü mövqeyi var və 2014-cü ildə Barak Obamanın Krımı "Rusiyaya verdiyindən" təəssüfləndiyini bildirib.
Oxşar xəbərlər
Tramp: Biz İranı bir saat ərzində məhv edə bilərdik
ABŞ İranın aviasiyasını və hərbi donanmasını məhv edib və fəaliyyətini daha sərt şəkildə davam etdirəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə...