Tramp Ukrayna üzrə nizamlanma prosesində ciddi irəliləyiş görüldüyünü bildirib
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin nizamlanması istiqamətində mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində çıxışı zamanı danışıb.
"Biz görüşlər keçiririk və bizim fikrimizcə, bu prosesdə böyük irəliləyiş var", - deyə ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, Ukrayna münaqişəsinin yaxın vaxtlarda həll olunacağına ümid edir.
O xatırladıb ki, ABŞ indiyədək səkkiz münaqişənin həllinə nail olub və yaxın zamanda daha birinin başa çatdırılacağına əminliyini ifadə edib.
Ağ Ev rəhbəri qeyd edib ki, əvvəlcə Ukraynada sülhə nail olmağın asan olacağını düşünürdü. Lakin onun sözlərinə görə, praktiki baxımdan bu münaqişə ən mürəkkəb qarşıdurma olaraq ortaya çıxıb.
Yanvarın 21-də Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı Tramp həm Rusiyanın, həm də Ukraynanın sülh sazişi imzalamaq istədiyini bildirib. Bununla yanaşı, ABŞ Prezidenti vurğulayıb ki, əgər tərəflər buna razı olmasalar, axmaq vəziyyətinə düşəcəklər.
Tramp həmçinin dəfələrlə səsləndirdiyi fikri bir daha təkrarlayıb: "Rusiya münaqişənin həllinə hazır olanda Ukrayna buna hazır olmur, Ukrayna hazır olanda isə Rusiya tərəfi razılıq vermir. Qarşıdurmanın uzanmasına Rusiya və Ukrayna prezidentləri arasındakı qarşılıqlı antipatiya da ciddi təsir göstərir".
Oxşar xəbərlər
Kuşner: Qəzzanın yenidən qurulmasına 40 milyard dollardan artıq vəsait xərclənəcək
Qəzza zolağının bərpası və sosial-iqtisadi inkişafı məqsədilə 40 milyard ABŞ dollarını aşan investisiya paketi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu barəd...