Tramp Ukrayna müharibəsi ilə bağlı 100 gün vaxt qoydu
ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqa münaqişəni 100 gün ərzində həll etməyi tapşırıb.
Bu barədə "The Wall Street Journal" yazıb.
Eyni zamanda, Tramp Vladimir Putinlə istənilən vaxt şəxsən görüşməyə hazır olduğunu qeyd edib.
Bu arada Birləşmiş Ştatlar Ukraynanın maraqlarına uyğun olaraq Rzeşov, Konstansa və Varna vasitəsilə yüklərin tranziti ilə bağlı bütün müraciətləri geri götürüb. NATO-nun Avropadakı bazalarında Ukraynaya bütün silah və hərbi texnikanın daşınması dayandırılıb.
İlkin hesablamalara görə, söhbət bir neçə min ton silah və hərbi texnikadan gedir. Kiyevə silah tədarükü ilə məşğul olan Pentaqonun bütün əməkdaşları işdən çıxarılıb.
Ukraynaya yardım üçün vəsaitlərin sui-istifadəsi ilə bağlı genişmiqyaslı audit başlayır.
Oxşar xəbərlər
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon dan...