Tramp: "Üçüncü dünya ölkələrindən miqrasiyanı daimi olaraq dayandıracağam"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-yə miqrasiyanın tam dayandırılması barədə qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"ABŞ sisteminin tam bərpa olunmasına imkan vermək üçün bütün üçüncü dünya ölkələrindən miqrasiyanı daimi pauzaya alacağam. Ölkəmizin vətəndaşı olmayan şəxslərə verilən bütün federal imtiyaz və subsidiyaları dayandıracağam",-deyə Tramp bildirib.
Bununla yanaşı, ABŞ lideri ölkə üçün "ictimai yük", "təhlükəsizlik təhdidi" yaradan və ya "Qərb sivilizasiyasına uyğun olmayan" hər bir xarici vətəndaşın deportasiya ediləcəyini vurğulayıb.
Qeyd edək ki, 26 noyabrda Vaşinqtonda, Ağ Evdən bir neçə kvartal aralıda atışma baş verib və iki Milli Qvardiya əməkdaşı yaralanıb. Hadisədən sonra Tramp bəyan edib ki, şübhəli şəxs Əfqanıstandan gəlib və həmin ölkəni "yer üzündəki cəhənnəm çuxuru" adlandırıb. O, həmçinin iddia edib ki, silahlı şəxsi ABŞ-yə gətirən onun sələfi Co Baydenin administrasiyasıdır.
Hadisədən bir gün sonra ABŞ hakimiyyəti Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərinin baxılmasını müvəqqəti dayandırıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...