Tramp: Türkiyə ABŞ-dən "F-16" və "F-35" qırıcıları almaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Türkiyənin Amerikadan "F-16" və "F-35" qırıcıları almaq niyyətində olduğunu açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.
"Onu Ağ Evdə qəbul etmək mənim üçün böyük şərəfdir. Birlikdə nahar edib, ciddi və vacib söhbət edəcəyik. Türkiyə ilə fəal ticarət aparırıq və bu əməkdaşlığı davam etdirmək, ticarəti genişləndirmək niyyətindəyik. Onlar "F-16", "F-35" qırıcıları və bir sıra başqa şeylər almaq istəyirlər və biz bunu onlarla müzakirə edəcəyik. Düşünürəm ki, bizi maraqlı saatlar gözləyir və biz çox şey edə biləcəyik", - Tramp vurğulayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...