Tramp transların kişi həbsxanalarında saxlanılması üçün göstəriş verdi
ABŞ-nin yeni prezidenti Donald Tramp trans qadınların kişi həbsxanalarında saxlanılmasını tələb edən sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
"Sərt gender ideologiyasının ekstremizmindən qadınların müdafiəsi və federal hökumətdə bioloji həqiqətin bərpası" adlanan bu sərəncam federal həbsxanalara göndərilib. Sərəncam çərçivəsində cinsiyyət dəyişikliyi ilə bağlı məhbuslara göstərilən tibbi xidmətlər də dayandırılacaq. Trampın sərəncamında qeyd olunur ki, "cinsiyyətin bioloji reallığını aradan qaldırmaq cəhdləri qadınların ləyaqətinə, təhlükəsizliyinə və rifahına zərər vurur".
ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına əsasən, hazırda ölkə həbsxanalarında təxminən 1,500 trans qadın saxlanılır. Bu rəqəm qadın məhbusların ümumi sayının 15 faizini təşkil edir.
Qeyd edək ki, yanvarın 15-də ABŞ Konqresi Nümayəndələr Palatası trans şəxslərin qadın məktəb idman komandalarında iştirakını qadağan edən qanun layihəsini təsdiqləyib.
Oxşar xəbərlər
Məşhur blogger dəhşətli qəzada öldü
Bir çoxlarının internetdə Annet kimi tanıdığı məşhur ukraynalı blogger Anna Juk bu gün Xarkov-Kiyev şossesində dəhşətli avtomobil qəzasında dünyasını dəyişib. B...