Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb

Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
Dünya 41

Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası müsbət nəticələrə gətirib çıxara bilər.

BAKU.WS "Report"a istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Rusiya və Ukrayna arasında cümə axşamı keçiriləcək görüş çox vacibdir. Mən bu görüşün təşkil olunmasında çox israr etdim. Düşünürəm ki, bu danışıqlar yaxşı nəticələrə gətirib çıxara bilər", - D.Tramp Ağ Evdə bildirib.

Keçən həftə Rusiya lideri Vladimir Putin Rusiya və Ukrayna arasında 2022-ci ilin yazında dayandırılmış birbaşa danışıqların bərpasını təklif edib. Rusiya Prezidenti mayın 15-də İstanbulda nümayəndə heyətlərinin görüşünün keçirilməsini təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra həmin tarixdə Putini Türkiyədə gözləyəcəyini deyib.

Son xəbərlər