Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə həll olunacağına əmindir
05
dek
2025
23:23
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə həll olunacağına əminliyini bir daha bəyan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzində keçirilən 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində bildirib.
"Mən səkkiz müharibəni bitirmişəm, doqquzuncusu isə yoldadır. Heç kim bunu etməyib", - Tramp deyib.
Xatırladaq ki, dekabrın 4-də o, Rusiya-Ukrayna münaqişəsinin "nəhayət" həll olunacağını da bəyan etmişdi.
Oxşar xəbərlər
Tramp Avropa ölkələrini ABŞ aktivlərinin satışı halında ciddi cavab ilə hədələyib
Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Avropа ölkələri Qrenlandiya ilə bаğlı rüsumlаrın artırılmаsı təhdidlərinə cаvаb olaraq ABŞ aktivlərini satmağa başlаsа...