Tramp Rusiya-Ukrayna müharibəsini bitirə biləcəyinə əmindir

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail ola biləcəyinə əmindir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti həll edə biləcəyik. Bu, asan deyil... Müharibə var, lakin ticarət üçün də yaxşı potensial var", - deyə Tramp qeyd edib.
Kiyevə uzunmənzilli silahların çatdırılması kontekstində Amerika lideri qeyd edib ki, ABŞ-nin özünün "Tomahawk" raketlərinə ehtiyacı var.
Tramp vurğulayıb ki, o, Ukraynaya və bu ölkənin prezidenti Volodimir Zelenskiyə yaxşı münasibət bəsləyir, lakin Amerika maraqlarının zərərinə Kiyevə silah təchiz edərək ABŞ-ni təhlükə altına sala bilməz.
Oxşar xəbərlər
Türkiyədə FETÖ ilə əlaqəli daha 62 nəfər saxlanılıb
Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 62 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı...
