Tramp qanunsuz miqrantların həbslərinin artırılmasını tapşırdı

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların gündəlik həbslərinin sayını kəskin artırmağı əmr edib.
BAKU.WS xəbər verir ki, "Washington Post" qəzetinin verdiyi məlumata görə, Sərhəd və Gömrük Xidməti (ICE) tərəfindən həyata keçirilən həbslərin sayı gündəlik bir neçə yüz nəfərdən 1500 nəfərə qədər artırılacaq.
Mənbələr qeyd edir ki, Tramp kütləvi deportasiya kampaniyasının nəticələrindən narazıdır. Bu səbəbdən həbslər üzrə müəyyən edilmiş normanı yerinə yetirməyən ICE rəhbərlərinə qarşı cəzalandırma tədbirlərinin görüləcəyi bildirilib.
ICE əməkdaşlarının sözlərinə görə, miqrasiya xidməti xüsusilə cinayət törətməkdə şübhəli bilinən miqrantlara diqqət yetirəcək.
Oxşar xəbərlər
Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb
Dünyada populyar olan bir çox internet saytına istifadəçilər uzun müddət daxil ola bilməyiblər. Problemdən ən çox təsirlənən platformalar arasında Zoom, Canva,...
