Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.
Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub. Buna cavab olaraq Tramp deyib: "Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır".
Oxşar xəbərlər
Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır"
İran hakimiyyəti genişmiqyaslı müharibənin başlanması ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır. BAKU.WS Oxu....