Tramp Putinlə 2 saatlıq danışıqdan sonra mühüm açıqlama verib

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında atəşkəs və münaqişəyə son qoyulması üzrə danışıqların başlayacağını bildirib.
O, bu barədə Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq telefon danışığından sonra "Truth Social" sosial şəbəkəsində məlumat verib.
Trampın sözlərinə görə, söhbət konstruktiv olub və tərəflər tezliklə hərbi əməliyyatların dayandırılması şərtlərini müzakirə etməyə başlayacaqlar. O qeyd edib ki, detallar birbaşa Moskva və Kiyev arasında müzakirə olunacaq.
Tramp əlavə edib ki, Vatikan danışıqlara ev sahibliyi etmək istəyini ifadə edib və həmçinin münaqişə bitdikdən sonra ABŞ-Rusiya iqtisadi əməkdaşlığının perspektivlərini vurğulayıb.
"Rusiya müharibə başa çatdıqdan sonra ABŞ-la geniş miqyaslı ticarətdə maraqlıdır və mən bunu dəstəkləyirəm. Potensial böyükdür", - o vurğulayıb.
Oxşar xəbərlər
Avropa liderləri Putinlə telefon danışığından sonra Trampa zəng edirlər
Fransa da daxil olmaqla bir sıra Avropa ölkəsinin liderləri Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbətindən sonra ABŞ prezidenti Donald Trampla telef...
