Tramp Putinin təklifinə rədd cavabı verdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, 17 iyun tarixində Rusiya Prezidenti Vladimir Putinlə danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Fox News" kanalının yayımladığı çıxışında məlumat verib. Tramp qeyd edib ki, Putin İran-İsrail münaqişəsinin nizamlanmasında vasitəçilik etməyi təklif edib.
"O, əslində vasitəçi olmaqda yardım təklif etdi. Mən isə dedim: bir yaxşılıq elə, əvvəlcə özündə vasitəçi ol. Gəlin əvvəlcə Rusiyada işləri yoluna qoyaq, sonra bununla məşğul ola bilərsiniz," – deyə ABŞ prezidenti bildirib.
Eyni zamanda, Tramp Rusiya-Ukrayna münaqişəsinin də nəhayət həll olunacağına ümid etdiyini bildirib:
"Düşünürəm, bu məsələ də yoluna qoyulacaq. Çoxlu insan həlak olub" – deyə o qeyd edib
Qeyd edək ki, iki prezidentin rəsmi şəkildə sonuncu telefon danışığı 14 iyun tarixində – Trampın ad günü günü baş tutub. Həmin gün onlar Yaxın Şərqdə gərginliyin artmasını ilk dəfə müzakirə etmişdilər.
Oxşar xəbərlər
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
İsrail Hərbi Hava Qüvvələri İrana "üçüncü zərbə" dalğasına başlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayə...
