Tramp, Putin və Si Cinpin sentyabrda Çində görüşə bilərlər
18
iyl
2025
23:36
ABŞ, Rusiya və Çin liderləri - Donald Tramp, Vladimir Putin və Si Cinpin sentyabrın əvvəlində Pekində birgə görüş keçirə bilərlər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, görüş İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinin qeyd olunması ilə üst-üstə düşə bilər.
Sentyabrın 3-də Çin və Rusiya liderlərinin iştirak edəcəyi təntənəli hərbi paradın keçirilməsi planlaşdırılır.
Vladimir Putin artıq iştirakını təsdiqləyib. Pekin Donald Trampı da bu tədbirlərə dəvət etməyi düşünür.
Oxşar xəbərlər
Rusiya müvəqqəti atəskəs elan edib
Rusiya 8 və 9 may tarixləri üçün müvəqqəti atəşkəs elan etdiyini açıqlayıb. Qərarın İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə verildiyi bildirilib. BA...