Tramp: Mən olmasaydım, İsrail məhv edilmişdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İsrailə verdiyi dəstəyin ölkənin təhlükəsizliyi baxımından həlledici rol oynadığını bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu fikirləri Axios portalına müsahibəsində səsləndirib.
O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə toxunaraq bildirib ki, İsrail bu gün sahib olduğu silah və hərbi imkanlara malikdirsə, bunda ABŞ-ın dəstəyi mühüm rol oynayıb.
"Donald Tramp olmasaydı, İsrail yer üzündən silinmişdi", – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp Netanyahu ilə münasibətlərinin yaxşı olduğunu desə də, əlavə edib ki, "onları bir qədər daha məqbul səviyyədə saxlamaq lazımdır".
ABŞ lideri, həmçinin İsraili Livana qarşı yeni hərbi əməliyyatlardan çəkindirə biləcəyinə inandığını bildirib. Onun sözlərinə görə, İsrail rəhbərliyi ona hörmət edir və tövsiyələrini nəzərə alır.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...