Tramp Kubaya sərt mesaj verdi: "Nə neft var, nə də pul"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı növbəti dəfə sərt bəyanatla çıxış edib.
BAKU.WS xəbər verir ki, Tramp bu fikirləri "Truth" sosial şəbəkəsindəki paylaşımında səsləndirib. O bildirib ki, Kuba uzun illər Venesueladan aldığı böyük həcmdə neft və maliyyə vəsaiti hesabına mövcudluğunu qoruyub.
Trampın sözlərinə görə, Havana bunun əvəzində Venesuelada hakimiyyətdə olan son iki diktator rejiminə təhlükəsizlik dəstəyi göstərib. ABŞ Prezidenti vurğulayıb ki, artıq bu dövr başa çatıb.
"Venesuelanın təhlükəsizliyini indi dünyanın ən güclü ordusu olan ABŞ təmin edir. Biz bu ölkəni qoruyacağıq. Kuba üçün isə artıq nə neft, nə də maliyyə dəstəyi qalır. Çox gec olmadan razılaşmaq daha məqsədəuyğun olar", – deyə Tramp paylaşımında qeyd edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...