Tramp Kolumbiya Prezidentini hədələyib, subsidiyaları dayandırıb

ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu narkotik ticarətinin rəhbəri adlandırıb.
BAKU.WS APA-ya itinadən xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social"-da paylaşımında bildirib.
"Qustavo Petro bütün Kolumbiyada böyük və kiçik sahələrdə narkotiklərin kütləvi istehsalını güclü şəkildə təşviq edən qanunsuz narkotik lideridir. Bu, indiyədək Kolumbiyada ən böyük biznesə çevrilib və Petro onu dayandırmaq üçün heç nə etmir. Baxmayaraq ki, ABŞ-dan irimiqyaslı ödənişlərə və subsidiyalar alınır və bu, ABŞ-ın uzun müddətdir ki, talanmasıdır. Bu gündən Kolumbiyaya belə ödənişlər, yaxud hər hansı başqa ödənişlər, subsidiyalar olmayacaq. Bu narkotik istehsalının məqsədi onun ABŞ-a böyük həcmdə satılması, beləliklə, ölümə, məhvə və xaosa səbəb olmaqdır. Petro, yeni anti-Amerika baxışlı, aşağı reytinqli və çox qeyri-populyar lider bu ölüm sahələrini dərhal bağlasa yaxşı olar. Yoxsa ABŞ onları bağlayacaq və bu, heç də gözəl alınmayacaq", – deyə ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, bundan öncə Kolumbiya Prezidenti ABŞ-ın Kolumbiyanın sularında balıqçı qayığına hücum edərək qətl törətdiyini və ölkəsinin suverenliyini pozduğunu bəyan edib. Eyni zamanda sentyabrın 16-da ABŞ-ın hücumuna məruz qalan qayığın Kolumbiyaya məxsus olduğunu yazıb. Qustavo Petro qeyd edib ki, Kolumbiya hakimiyyəti ABŞ hökumətindən izahat gözləyir. Eyni zamanda Kolumbiya Baş Prokurorluğundan həlak olanların ailələrinin müdafiəsi üçün təcili tədbirlər görməyi və onların beynəlxalq məhkəmə proseslərində iştirakına baxılmasını xahiş edib.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Rusiya heç bir ərazini hədiyyə almayacaq
Rusiya heç bir ərazini hədiyyə almayacaq, Ukrayna və onun müttəfiqləri ədalətli sülhə nail olmaq üçün bu ölkəyə təzyiqləri artıracaq. BAKU.WS AZƏRTAC-a istinadə...
