Tramp Kapitoliyə hücumda iştirak edən 1600 nəfəri əfv edib
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Ağ Evdə çıxış edərək, 6 yanvar 2021-ci il Kapitoliya hücumunda iştirak edən 1500-dən çox şəxsi əfv etdiyini elan edib.
BAKU.WS CNN-ə istinadən xəbər verir ki, əfv fərmanı təkcə cəza müddətinin qısaldılmasını deyil, eyni zamanda tam azadlığa buraxılmağı və cinayət işlərinin bağlanmasını da nəzərdə tutur.
Bu qərar ümumilikdə təxminən 1600 nəfəri əhatə edir.
Cəzaları yüngülləşdirilən şəxslərin arasında "Proud Boys" və "Oath Keepers" adlı ultra-sağ təşkilatların 14 lideri də var. Onlar qiyama çağırışda ittiham ediliblər. Bu şəxslərin adları Ağ Evin rəsmi saytında dərc olunan sənəddə göstərilib.
ABŞ-nin əksər vətəndaşları və bəzi demokratlar əfvlə bağlı narazılıqlarını bildiriblər. Sorğulara əsasən, amerikalıların 59%-i bu qərarı dəstəkləməyib. Bununla yanaşı, Donald Trampın tərəfdarlarının 67%-i onun qərarını müsbət qarşılayıb.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da etirazçılar Kapitoliya binasına hücum edərək, 2020-ci il seçkilərinin nəticələrinin ləğv olunmasını tələb ediblər. Həmin hücumla bağlı ümumilikdə 1270 nəfərə ittiham hökmləri çıxarılıb. Təxminən 1600 nəfərə qarşı ittiham irəli sürülüb, təxminən 80%-i günahlarını etiraf edib.
Oxşar xəbərlər
Mahsun Kırmızıgül yanan Kartalkaya turizm mərkəzində istirahət edirmiş
Məşhur müğənni Mahsun Kırmızıgül həyatının şokunu yaşayıb. BAKU.WS xəbər verir ki, 8 yaşlı qızı Laivinlə istirahətə gedən sənətçinin qaldığı otelin yanındakı b...