Tramp Kanadanın 51-ci ştat olmasını istəyir

ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət balansındakı illik 200 milyard dollarlıq kəsiri azaltmaq məqsədilə, Kanadanın ABŞ-nin 51-ci ştatı olmasının daha yaxşı olacağını bildirib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, o, Kanada ilə ticarətdə hər il 200 milyard dollar itirdiklərini və bunun qarşısını alacağını vurğulayıb. Tramp Kanada və Meksikanın gömrük rüsumlarını əngəlləmək üçün kifayət qədər tədbir görmədiyini də qeyd edib. O, bu vəziyyətin davamlı olmadığını və dəyişikliklərin zəruri olduğunu bildirib. Tramp hökumətdəki israf və sui-istifadə hallarını aradan qaldırmaq üçün tədbirlər görməyin vacibliyini də vurğulayıb. O, Elon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinin (DOGE) Xəzinə Nazirliyinin qeydlərinə çıxışının məhkəmə tərəfindən məhdudlaşdırılmasını "dəli bir qərar" adlandırıb və buna tamamilə qatılmadığını bildirib.
Tramp Maskı "müthiş" biri kimi təsvir edərək, bu işlərə necə vaxt ayırdığını maraq etdiyini qeyd edib. O, Maska yaxın zamanda Təhsil Nazirliyini və ordunu da yoxlamasını təklif edəcəyini bildirib.
Oxşar xəbərlər
İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus İsrail və Livan arasında sərhəd məsələlərinin həlli üçün əldə olunan razılaşmanı açıql...
