Tramp İranla bağlı yayılan fikirlərə münasibət bildirdi

Tramp İranla bağlı yayılan fikirlərə münasibət bildirdi
Dünya 71

ABŞ Pridenti Donald Tramp "The Wall Street Journal" qəzetində onun guya İrana hücum planını təsdiqlədiyi barədə yayılan xəbərlərə kəskin reaksiya verib.

BAKU.WS xəbər verir ki, o, Truth Social sosial şəbəkəsindəki hesabında qətiyyətlə bildirib:

"The Wall Street Journal mənim İran haqqında nə düşündüyüm barədə heç bir anlayışa malik deyil!"

Daha əvvəl – 18 iyun tarixində, nüfuzlu qəzet Trampın İrana qarşı mümkün hücum planını köməkçiləri ilə müzakirə etdiyi barədə məlumat yayımlamışdı. Məqalədə qeyd olunurdu ki, Tramp hələlik planın icrasına əmr verməsə də, onu təsdiqləyib. Qəzetin iddiasına görə, prezident İsraillə birgə hücum təhdidlərinin Tehranı nüvə proqramından imtina etməyə və Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur edəcəyinə ümid edir.

Ağ Evdəki adının açıqlanmasını istəməyən bir mənbə isə jurnalistlərə bildirib ki, Tramp İsrailin hərbi əməliyyatını diqqətlə izləyir və ABŞ-ın mümkün addımları ilə bağlı bir neçə variant üzərində düşünür. Bunlara münaqişədə iştirakdan imtina ehtimalı da daxildir.

Çərşənbə günü jurnalistlərin suallarını cavablandıran Tramp təsdiqləyib ki, İrana qarşı zərbə endirilməsi ilə bağlı yekun qərar hələ qəbul olunmayıb. Bundan əlavə, o, İran İslam Respublikasında hakimiyyət dəyişikliyi ehtimalını da istisna etməyib.

Son xəbərlər